İnvestisiya
11.03.2024 / 11:43
Avropa İnvestisiya Bankı Azərbaycana 10 mln. avro kredit xətti ayırıb
44038
Avropa İnvestisiya Bankı (EİB) Azərbaycana 10 milyon avro həcmində kredit xətti ayırıb.
Valyuta.az xəbər verir ki, bu barədə Bankdan məlumat verilib. Məlumata görə, kredit xətti Qafqaz ölkələrində kiçik və orta sahibkarlıq subyektləri ilə əməkdaşlıq təşəbbüsü (MSME) çərçivəsində ayrılıb. Qeyd edilib ki, layihə kiçik maliyyə vasitəçilərinə hazırda maliyyəyə çıxışda çətinlik çəkən mikro, kiçik və orta müəssisələrə bu resursu təmin edəcək. EİB bundan əvvəl isə Gürcüstanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi 10 milyon avro həcmində kredit xətti ayırıb.
Bununla da, Avropa İnvestisiya Bankının Azərbaycan üzrə portfeli 2013-cü ildən sonra 5 layihə üzrə 110 milyon avroya çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay