İnvestisiya
31.01.2024 / 09:50
İnvestisiya şirkətinin rəhbəri dəyişdi
41422
“Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin rəhbəri dəyişdirilib.
Valyuta.az Banker.az- istinadən xəbər verir ki, İnvestisya Şirkətinin səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Nemət Mustafayev Qəhrəman oğlu baş icraçı direktoru təyin edilib.
N.Mustafayevə qədər bu vəzifədə Tural Bayramov Bəşir oğlu idi.
N.Mustafayev ana şirkət olan “Xalq Bank” ASC-nin Xəzinədarlıq idarəsinin rəisi idi.
Hazırda şirkətin idarəetmə strukturu belədir:
Müşahidə Şurası:
Sədr:
– Xəzər Bağırlı Arif oğlu
Üzvlər:
-Nəbi Nəbiyev Məcid oğlu
-Natella Şahverdiyeva Fikrət qızı
Xatırladaq ki, “Xalq Kapital İ.Ş.” 2017-ci ildə təsis edilib və onun 420 min manat nizamnamə kapitalı var. Kapitalın 100%-i “Xalq Bank” ASC-yə məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay