İnvestisiya
29.01.2024 / 12:42
Mikayıl Cabbarov: “Ötən il güzəştli kredit hesabına 3 276 investisiya layihəsi maliyyələşdirilib”
41314
Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit ayrılıb.
Valyuta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu kreditlər hesabına 3 000-dən çox yeni iş yeri yaradılıb: “Kreditlərin layihə sayı üzrə 99,8 %-i, məbləğ üzrə isə 91,1 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay