Azərbaycan Dubay şirkətləri ilə 3-cü ölkələrdən investisiya cəlb etmək üçün iş aparacaq
Dubay şirkətləri ilə 3-cü ölkələrdən Azərbaycana investisiyaların yatırılması istiqamətində birgə işlərin görüləcəyinə dair razılıq əldə olunub.
Valyuta.az bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
Məlumata görə, qurumla Dubay Beynəlxalq Palatasının nümayəndələri arasında görüş keçirilib. Görüşdə tərəflər birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıb. Bildirilib ki, ticarət, investisiya, nəqliyyat-logistika sektorlarında tərəfdaşlığın intensivləşdirilməsi, yeni biznes imkanlarının öyrənilməsi üçün geniş perspektiv mövcuddur.
Qeyd edilib ki, Azərbaycan şirkətlərinin növbəti il Birləşmiş Ərəb Əmirliklərinə təşkil olunacaq ixrac missiyasında və Dubay şəhərində keçiriləcək "Gulfood 2024” beynəlxalq qida sərgisində vahid ölkə stendi ilə iştirak etməsi, BƏƏ şirkətlərindən ibarət nümayəndə heyətinin isə 2024-cü ildə Azərbaycana işgüzar səfər etməsi planlaşdırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay