İnvestisiya
13.05.2021 / 12:50
Moldova Azərbaycan investorlarını cəlb etməkdə maraqlıdır
12217
Moldova Azərbaycan investorlarını ölkə iqtisadiyyatına cəlb etməkdə maraqlıdır.
Bu fikri Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla görüşündə Moldovanın sabiq Prezidenti, Sosialist Partiyasının sədri İqor Dodon söyləyib.
İqor Dodon Azərbaycanın Moldovada, xüsusilə Qaqauz Muxtar ərazisində həyata keçirdiyi böyük sosial və humanitar layihələri yüksək dəyərləndirib.
Görüşdə Azərbaycan və Moldova arasında ikitərəfli əməkdaşlıqla bağlı müxtəlif məsələlər müzakirə edilib, humanitar, ticarət və enerji sahələri də daxil olmaqla, bir sıra prioritet istiqamətlər üzrə münasibətlərin genişləndirilməsinin vacibliyi vurğulanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay