Azərbaycanda nə qədər daşınmaz əmlak qeydiyyata alınıb?
2020-ci il ərzində 237 450 daşınmaz əmlakın qeydiyyatı aparılıb.
Valyuta.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Qeydiyyata alınan əmlaklardan 63 247-si və ya 26,6 faizi ilkin, 174 203-ü və ya 73,4 faizi isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 35 775-i fərdi yaşayış və bağ evi, 74 533-ü mənzil, 118 534-ü torpaq sahəsi, 2 543-ü qeyri-yaşayış binası, 5 368-i qeyri-yaşayış sahəsi, 637-si əmlak kompleksi, 59-u çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmədir.
İlkin qeydiyyatın 36 682-si Bakı şəhərinin, 26 565-i isə regionların payına düşüb.
2020-ci il ərzində 34 061-i mənzil üzərində mülkiyyət hüququ ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə üzərində hüquqların ilkin olaraq qeydiyyata alındığı mənzillərin sayı 7,8 faiz artıb.
Ötən il 199 637 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair 262 939 arayış (Forma-1) verilib.
2020-ci il ərzində 32 693 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay