BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7855
  • RUB
    1.6259
  • TRY
    0.0486
  • GBP
    2.1593
61506

Azərbaycanda 400 minə yaxın qeyri-qanuni tikili qeydə alınıb.

Valyuta.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, pandemiya səbəbindən qeyri-qanuni tikililərin inventarlaşdırılması prosesi tam başa çatdırıla bilməyib: “Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri və yerli müşahidə orqanları tərəfindən həyata keçirilən bu proses müəyyən mərhələdə dayandırılıb. İşçi qrupları qeyri-qanuni tikililərin qanuni çərçivəyə gətirilməsi ilə bağlı işlərini davam etdirir, lakin bu proses tikililərin dəqiq sayını müəyyənləşdirmək məqsədi daşımır. İnventarlaşdırma zamanı toplanmış ilkin məlumatlara əsasən, ölkə üzrə 400 minə yaxın qeyri-qanuni tikilinin olduğu qeyd edilir və hazırda bu rəqəm dəqiqləşdirilir”.

R. Şahbazov əlavə edib ki, mühafizə zonalarına düşən tikililərlə bağlı vəziyyət daha fərqli yanaşma tələb edir: "Yüksək gərginlikli elektrik xətləri, qaz və su boruları, avtomobil yolları kimi ərazilərdə yerləşən tikililər xüsusi mühafizə zonalarına daxil edilir və fərqli normativlərlə tənzimlənir. Hər yaşayış məntəqəsi üçün spesifik şərtlər mövcuddur və bu sahələrdə yerləşən tikililərin hüquqi statusunun müəyyən edilməsi üçün xüsusi standartların təsdiq edilməsi üzərində işlər davam etdirilir. Vahid kadastr sistemi vasitəsilə müvafiq dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında hansı tikililərin mühafizə zonalarına düşdüyü müəyyən edilir. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir”.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Üç il ərzində 173 tələbənin kreditlərinin tam yarısı dövlət tərəfindən bağışlanıb

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək

“Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası” təsdiq edilib

Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb®

Azərbaycanda abituriyent imtahan qaydalarını pozduğuna görə məhkum edilib

Bakıda mənzillər ən çox bu ərazilərdə bahalaşıb

Bəzi şərq rayonlarında, eləcə də Bakı və Abşeronda qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA

Qızıl cüzi bahalaşıb

Azərbaycan nefti ucuzlaşıb

Naxçıvanda yeni yaradılan üç şirkətə 4 milyon sərmayə qoyulub - TƏFƏRRÜAT

Naxçıvanda yeni yaradılan üç şirkətə 4 milyon sərmayə qoyulub - TƏFƏRRÜAT

Yeni il bayramı ərəfəsində bazarlarda qiymətlər

Türk lirəsi və avronun ucuzlaşması davam edir - Məzənnə

“Bitcoin”in yaradıcısı olduğunu iddia edən şəxs cəzalandırılıb

Dövlət Komitəsi tədbirlərin təşkili üçün 5 milyon manat ayırıb

Niyə işləməliyik? - 7 səbəb - SƏHƏR OXUSU

Gömrük qaydalarını pozan şirkət məhkəmə qarşısında

"Eurofloor"a protokol yazılıb

"Volkswagen" böhrandan çıxmaq istəyir - Anlaşma yaxındır

Kripto oğurluğu rekord səviyyəyə yüksəlib - "Reuters"

Xıdırlı kəndi ilə bağlı 3,3 milyonluq layihə - Qeyri-yaşayış binaları tikiləcək

"All Star" şirkəti gömrük qaydalarını pozub?

"TikTok" sahibi "Apple"a "iPhone" satışlarını yaxşılaşdırmağa kömək edə bilər

"Rail Trans Service" məhkəmə qarşısında

"iPhone" sahibləri Al-a görə cihazların həddindən artıq qızması və boşalmasından şikayətlənir

Çinin "İpək Yolu"nun bərpası üçün xərclədiyi milyardlar - "Bloomberg"

Çinin "İpək Yolu"nun bərpası üçün xərclədiyi milyardlar - "Bloomberg"

Azərbaycan "D-8"ə qəbul edilib

Bu şəxslərə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək

Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb

İlham Əliyev Fərman imzaladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin