BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
58646

Vətəndaş ona məxsus torpaq sahəsinin qonşular tərəfindən zəbt olunmasından şikayətçidir.

Valyuta.az xəbər verir ki, bu barədə etirazını sosial şəbəkədə paylaşan sakinin sözlərinə görə, onun torpağının 1.5 sotu qonşular tərəfindən müxtəlif məqsədlər üçün zəbt edilib:

"Mənim 6 sot torpaq sahəm var. 6 sotun mənə məxsus olduğunu təsdiq edəcək sənədlərim də qaydasındadır. Qonşular maşın yolu, kanalizasiya, işıq və su xətti üçün torpağımın 1.5 sotunu zəbt ediblər. Onların evlərinin qapısı belə o torpaq sahəsinə açılmır. Mən indi torpaq sahəmi geri qaytarmaq istəyirəm. Bilmirəm ki, nə edim?"

Maraqlıdır, bəs görəsən, bu kimi hallarla qarşılaşan vətəndaşlar nə edə bilərlər?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan hüquqşünas Vamiq Şükürov bildirib ki, əgər torpağın zəbtinə dair vətəndaşlar arasında mübahisə yaranarsa, bu məqsədlə torpağı zəbt olunan şəxs zəbt edəni məhkəməyə verə bilər:


"Məhkəmə zamanı torpağının zəbt olunduğunu hesab edən şəxs torpağın ona aid olmasını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı, torpağın zəbtinə dair sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə qaydasında cavabdeh şəxs torpağı zəbt etdiyini inkar edib qəbul etməzsə, bu zaman məhkəmə torpağın zəbt olunub-olunmaması ilə əlaqədar ekspertiza keçirməklə bağlı qərardad qəbul edir. Ekspertiza tədqiqatı aparıldığı zaman hər iki şəxsin torpağının koordinatları müəyyən olunur. Bu zaman müəyyən edilsə ki, həqiqətən cavabdeh iddiaçının torpağını zəbt edib, zəbt olunan yerin ölçüsü göstərilərək rəy verilir. Həmin rəy məhkəməyə göndərilir. Bütün sübutlarla bir yerdə ekspert rəyini də nəzərə alaraq zəbt olunmuş torpağın geri qaytarılması barədə qərar çıxarılır".

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin