Bakıda hardan torpaq almaq daha sərfəlidir? - Ekspert açıqladı
Bir çox şəxslər Bakıda torpağa investisiya etmək istəyir. Əllərinə böyük maliyyəsi olmayan adamlar da düşünür ki, topraq alaram 3-5 ilə ən azından qiyməti artar. Buna görə də, şəhərin ətraf qəsəbələrindən torpaq almağa çalışırlar. Maraqlıdır, Bakının hansı ərazilərindən torpaq almaq daha çox gəlir gətirir?
“Ən yüksək artım bu ərazilərdə olub”
Valyuta.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, torpaq son 10-15 ilin ən uğurlu investisiya aləti sayılır. Çünki torpaq tükənir, sayı məhddudur, uyğun infrastruktur, inkişaf olan yerdə alınan torpaqların qiyməti bazara mütənasib olaraq daha yüksək faizlə artır:
“Son bir-iki ilin nəticələri göstərir ki, ən yüksək qiymət artımı Nardaran və Ləhic bağları ərazisində olub. Burada torpaqların son il yarım ərzində dəyəri iki dəfə bahalaşıb. Bu ərazi güclü infrastruktur şəhərsalma prinsipinə uyğun inkişaf edir. Bu baxımdan, investisiyaların bu ərazilərə yatırılması ölkədə birinci yerdədir. Söhbət orta həcmli torpaqlardan gedərsə, növbəti gəlirli yatırım Badamdar ərazisidir. Burada da topraq məhdudlaşır. Orta hesabla il ərazində toprağın qiyməti 20-25 % artır. Sonrakı yerlərdə Bakı ətrafı qəsəbələrdə sıx yaşayış olan yerlərdədir. Bunlara Qobu, Zabrat, Maştağa, Buzovna, Mərdəkan qəsəbəsini və infrastrukturu sovet dövründə salınmış digər qəsəbələri aid etmək olar”.
“Mərkəzdə torpağın sotu 300-500 min manatdır”
Ekspert bildirdi ki, şəhərin mərkəzində olan topraq sahələri demək olar ki, qalmayıb. Hazırda mərkəzdə kiçik topraq sahələrinin tapılması belə olduqca çətindir:
“Nə qədər mərkəzə yaxın ərazidirsə, toprağın qiyməti yüksəlir. Hətta artıq torpaq olmadığına görə, bəzi şəhər mərkəzinə yaxın ərazilərdə köhnə bir-iki mərtəbəli evləri söküb, onları konstruksiya məqsədi ilə istifadə edirlər. Şəhərin daxilində hazırda özəl mülkiyyətdə olan yaşayış məntəqələri təyinatlı torpaqların sotu 200-250 min manata gəlib-çıxıb. Gənclik ərazisində və şəhərin mərkəzində olan torpaqlar ən bahalı torpaqlardır. Teymur Əliyev küçəsində (indiki Məmməd Araz küçəsi) torpaq olmasa da, fərdi evləri söküb, yerində evlər tikirlər. Burada olan torpaqların qiyməti üstündə olan evlərdən bahadır. Bu ərazilərdə bir sot torpağın qiyməti 300-500 min manat arasındadır”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay