6 səhmdar cəmiyyətin səhm paketi hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 3 və 8 oktyabr tarixlərində keçiriləcək hərraca ümumilikdə 29 dövlət əmlakı çıxarılacaq.
Valyuta.az xəbər verir ki, 3 oktyabr tarixində keçiriləcək hərraca 23 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2007-2019-cu illəri əhatə edir.
Məlumata görə, 8 oktyabr tarixində keçiriləcək hərraca 6 səhmdar cəmiyyətinin səhm paketi çıxarılacaq. Hərracda iştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Ağdaş Quşçuluq”, “Gəncə Quşçuluq”, “Neftçala Ət”, “Salyan broyler”, “Xəzər Avtonəqliyyat” və “Zaqatala Fındıq” açıq səhmdar cəmiyyətləridir.
Hərraca çıxarılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 175.157 manatla 1.223.095 manat arasında dəyişir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay