Həyət evlərinə “kupça” nə vaxt veriləcək?
“Artıq 10 ildən çoxdur ki, həyət evlərinə qeydiyyat sənədinin (“kupça”) verilməsi söhbəti gedir. Bu günə qədər də məsələ həllini tapmayıb. Hesab edirəm, yaxın zamanlarda da problem həllini tapmayacaq. Çünki bu məsələləri mərhələ-mərhələ həll edirlər. Amma bu gün hansı mərhələdədir, Əmlak Məsələləri Dövlət Xidməti daha yaxşı bilir. İndi onlar qərar verməlidirlər, Prezidentin sonuncu fərmanına uyğun olaraq bütün sənədləşmələr başa çatıbsa, növbəti mərhələ üçün sənədlər hazırlamalıdırlar ki, hansı evlərə çıxarışlar verilsin. Sənədi Nazirlər Kabinetinə və ya Prezident Administrasiyasına təqdim etməlidirlər, məsələyə baxılmalı, sonra çıxarış verilməsi barədə qərar qəbul olunmalıdır. Amma kütləvi şəkildə həyət evlərinin hamısına birdən çıxarış veriləcəyi inandırıcı deyil”.
Bu sözləri Pravda.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
Ekspert vətəndaşlardan həyət evinə “kupça” ala bilmək üçün ödəniş istənilməsinə də münasibət bildirib: “Hazırda çıxarışa görə ödənişlər edilirsə, təbii ki, ödəniş olunmalıdır. Evin sənədi yoxdur, amma şikayət edirlər ki, küçədə asfalt örtüyü çəkilməyib, zibillər daşınmır və s. Bunların hamısını bələdiyyə təşkil etməlidir. Axı bələdiyyənin bunu etmək üçün vəsaiti olmalıdır. Kimin həmin ərazidə əmlakı var, təbii ki, ödəniş etməlidir. Büdcə formalaşmasa, bələdiyyə işi icra edə bilmir. Qanunazidd olsa da, məntiqlə ödəniş olunmalıdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay