BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
55043

Bəzi ev sahibləri, xüsusi ilə şəhərin mərkəzi hissəsində evləri olan şəxslər düşünür ki, həmin mənzilləri günlük kirayə vermək daha sərfəlidir. 

Belə evləri daha çox ölkəyə səfər edən xarici turistlər bir və ya bir neçə günlük, yay mövsümündə isə dəniz kənarına yaxın həyət evlərini yerli vətəndaşlar kirayə götürür. 

Bəs evləri günlük kirayə verərkən ev sahibləri nəyə diqqət etməlidir? Mənzilləri günlük kirayə verməyin hansı riskləri var?

Mövzu ilə bağlı Valyuta.az-a danışan əmlak məsələləri üzrə Ramil Qasımzadə bildirib ki, mənzillərin günlük kirayə qiyməti ilə aylıq kirayə qiymətləri arasında ən azı 3 dəfə fərq olur:

“Şəhərin xüsusi ilə də mərkəz hissəsində olan evlərin əksəriyyəti aylıq deyil, günlük kirayə verilir. Bununla vətəndaşlar düşünür ki,  bir ay ərzində həmin evin istismar olunmağındansa, bir neçə gün istifadəsi daha sərfəlidir. Bu zaman isə aylıq kirayə qiyməti ilə günlük kirayə qiymətləri arasında ən azı 3 dəfəyə qədər fərq olur. Məsələn, gündəlik kirayə verilən evin bir günün qiymət 100-150 manatdırsa, həmin ev aylıq kirayə verilərsə, təxminən dəyəri 1000-1500 manat arası olur.  Aylıq kirayə götürəndə günü 50 manata düşürsə, gündəlikdə isə 100-150 manat arası pul tələb olunur”. 

Ekspert deyir ki, şəhərin müxtəlif yerlərində günlük kirayə qiymətlərində fərq var:

“Doğrudur, şəhərin müstəqil istiqamətlərində bu qiymətlər 30, 35, 50 manat arası da dəyişə bilir. Lakin elə evlər var ki, daha bahalıdır. 

Bundan başqa evlərini daha ucuz qiymətə təklif edən ev sahibləri aylıq kirayəyə üstünlük verirlər. Məsələn, evləri 1-2 otaq olan şəxslər daha çox aylıq kirayəyə üstünlük verirsə, evi 2 otaqdan artıq olanlar isə evlərini günlük kirayə verməyi üstün tuturlar. Bunlar hamısı isə qiymətə bağlı məsələlərdir.  Evin vəziyyətindən, yerləşməsindən, şəraitindən asılı olaraq qiymət dəyişə bilər. Təbii ki, evləri gündəlik kirayə verənlərin də gəlirləri artıq olur”. 

Ramil Qasımzadənin sözlərinə görə,evlərini günlük kirayə verənlər xüsusi internet platforması vasitəsi ilə işləyir:

“Bu şəxslər “Booking”, “Trip Advisor” və s. kimi saytlar vasitəsi ilə evlərini kirayə verə bilərlər. Həmin saytlarla müqavilə əsasında evlərini xüsusi ilə xarici vətəndaşlara kirayə verirlər. Evləri kirayə götürən şəxslər də bu evləri saytlardan rahatlıqla tapa bilir, evin yerləşməsinə, təmirinə, otaq sayına və s. məsələlərə baxa bilirlər. Belə saytlar vasitəsi ilə kirayə verilən evlərin isə minimum kirayə qiyməti 50 dollardan və ya  85 manatdan başlayır. Amma bir çox hallarda uzun müddətli kirayə götürmək istəyəndə
 qiymətlərinə hətta endirimlər olur”. 

Mənzilləri günlük kirayə verməyin risklərindən də danışan həmsöhbətimiz bildirib ki, burda da bir çox problem yarana bilir:

“Evləri daha tez-tez yığışdırmaq üçün təımizlikçi tələb olunur, avadanlıqların tez sıradan çıxma riskləri yüksəkdir. Aylıq kirayə verilən mənzillərdə bu sıradan çıxan əşyaları mənzili kirayə götürənlər özləri düzəldir, mənzildə baş verən bütün risklər evi kirayə götürənə məxsus olur, amma gündəlik kirayələrdə bu məsələlərə nəzarət etmək çətinləşir”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin