Kirayə mənzil axtaran tələbələri gözləyən problem - Bu evlərin qiyməti bahalaşacaq
"Ağ şəhərdə iki otaqlı, 70 kv.m məzilin kirayə qiyməti 2 min manatdır. 28 may, Təbriz küçəsində iki otaqlı mənzillərin qiyməti isə 1200-1500 manat arasında dəyişir. Belə mənzillər tələbələr üçün əlçatan deyil".
Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında mənzil eksperti Ramil Osmanlı deyib. Ekspert bu il kirayə mənzil axtaran tələbələrin problemlərlə üzləşəcəyini bildirib.
"Bu gün kirayə mənzil bazarındakı vəziyyət mənfiyə doğru dəyişir. Yəni, bazara edilən təklif azalır, tələb isə yüksək olaraq qalır. Bunun nəticəsində də qiymətlər artır. Təklifin azalması, məhdudlaşması daha çox şəhərsalma ilə bağlıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu prosesin arasında süni tələb formalaşdırma da var. Məsələn, hər hansı bir ərazidə pilot layihə icra olunubsa, həmin ərazidə 500 nəfərlik çoxmənzilli bina, yaxud da fərdi yaşayış yerləri söküntüyə məruz qalırsa, həmin ailələr də kirayə mənzil axtarışına çıxır. Bu artıq yeni tələbin formalaşmasıdır".
Ekspert bu səbəbdən yeni tədris ilində vəziyyətin mürəkkəbləşməsinin müşahidə olunacağını vurğulayıb:
"Qiymətlər artacaq, mənzil tapmaq çətinləşəcək. Mənzil olmayacaq demək düzgün olmazdı. Kirayə tapmaq mümkün olacaq, ancaq şəhərdən kənarda. Şəhər, mərkəzə yaxın ərazilərdə artıq ev tapmaq çətinləşir. Həm də qiymət bahadır, hər adam üçün əlçatan deyil. Təklif az olduğuna görə ev tapmaq çətinləşəcək".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay