BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
53061

"Tikinti materiallarının qiymətinin qalxması çoxdan müşahidə olunurdu. Qəpik-qəpik də olsa, qiymətlərin artımı hiss edilirdi". 

Bu sözləri Valyuta.az-a iqtisadçı Rauf Qarayev tikinti materialları bazarında baş verən qiymət artımından danışarkən deyib. 

Rauf Qarayevin sözlərinə görə, qiymətlərin bahalaşmasının hazırkı səbəbi yanacağın və daşınma xərclərinin artması ilə bağlıdır:

"Daşımalarda artan xərclər tikinti materiallarının da qiymətlərinin qalxmasına səbəb olub. Qiymət artımının səbəblərindən biri də daş karxanalarının bağlanmasıdır. Diqqət etsək görərik ki, qiymət artımı Azərbaycanın özündə istehsal edilən tikinti materillarındadır. Xüsusi ilə mişar daşının, kərpicin qiymətində artım müşahidə olunur. Ona görə bu məsələ xüsusi araşdırılmalıdır".

Tikinti materiallarının bahalaşmasının daşınmaz əmlak bazarına təsirləri haqqında da danışan həmsöhbətimiz qeyd edib ki, bu təsir özünü 4-5 ay sonra göstərəcək:

"Lakin qiymət artımının davam edəcəyini və bunun da tikinti bazarında durğunluğa səbəb ola biləcəyini düşünmürəm. Tikinti materialları satışı ilə məşğul olan sahibkarların da qiymətləri sabit saxlamağa çalışcağını düşünürəm".

Artımın qarşısının almağın yolları haqqında da danışan Rauf Qarayev bildirib ki, əgər qiymətlər artmaqda davam edərsə, dövlət bu sahəyə kreditlər ayırıb, bazarda vəziyyəti düzəltməyə çalışa bilər:

"Bu isə həm sahibkarların, həm vətəndaşların, həm də bankların xeyrinə olmuş olar. Bildiyimiz kimi, bir çox məhsulların ölkədə kreditlə satışı təşkil olunsa da, tikinti materialları ilə bağlı yalnız bir neçə şəbəkə mağazaları bunu həyata keçirir. Ona görə də dövlət bu sahəyə dəstək ola bilər. 
Qiymətlərin ucuzlaşması üçün isə Qarabağda tikinti materilları istehsal edən karxanalar yaratmaq olar. Bunun üçün xüsusi imkanlar da var. Bu karxaları artırmaqla qiymətə də təsir etmək mümkündür. 

Bundan başqa daş karxanalarının azalmasının səbəblərini araşdırmaq lazımdır. Əgər bu vergilərə görə edilirsə, müəyyən vergi güzəştləri tətbiq edilə, işçilər ilə bağlı müəyyən güzəştlər oluna bilər. Digər alternativ variantlardan da istifadə etmək olar. Bütün bunların olması üçün isə bazar təhlil olunmalı, problem də buna uyğun həll edilməlidir". 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin