Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 39% artırıb
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 131 milyon manat vəsait köçürüb.
Valyuta.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 % çoxdur.
10 aylıq ödənişin 103,8 milyon manatı özəlləşdirmə, 27,2 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar isə 1 il əvvələ nisbətən 41,6 % və 26,7 % çoxdur.
Hesabat dövründə Dövlət Xidməti 49 özəlləşdirmə hərracı (7,6 % az) keçirib. Həmin hərraclarda 9 səhmdar cəmiyyətinin (35,7 % az) səhm paketi, 14 kiçik dövlət müəssisəsi (7,7 % çox), 3 yarımçıq tikili (50 % çox), 443 nəqliyyat vasitəsi (6,3 % az) özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 275 elektron sifariş (21,9 % az) qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 59 onlayn qoşulma (37,2% az) reallaşıb.
Ötən 10 ayda 2 868 yeni icarə müqaviləsi (14,1 % az) bağlanılıb. Bunlardan 693-ü qeyri-yaşayış (1,7 % az), 2 175-i isə torpaq sahələrinə (17,5 % az) dair olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay