İnşaat və əmlak
02.11.2023 / 11:04
Vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün 87,7 milyon manat ayrıldı
35736
2024-cü ilin dövlət büdcəsində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna cəm olaraq 100,0 milyon manat ayrılması proqnozlaşdırılır.
Valyuta.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
O cümlədən Azərbaycan Respublikası əhalisinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 87,7 milyon manat və sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün 12,3 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay