
05.09.2023 / 15:48
Xətaidəki qəzalı binanın sökülməsinə nə qədər vəsait xərclənəcək?
32407
Xətai rayonu 8 noyabr prospekti 80 ünvanında yerləşən qəzalı vəziyyətə olan yaşayış binasının sökülməsinə başlanılır.
Valyuta.az xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti binanın sökülməsi və ərazisində abadlıq işlərinin aparılması ilə bağlı elan etdiyi tenderə artıq yekun vurub.
Tenderin qalibi “Şəhərgah” MMC seçilib. İcra Hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 115 945,86 AZN-dir.
“Şəhərgah” MMC 23 iyun 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Ömərov Qüdrət Bayram oğludur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay