BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
32258

“Azərbaycanda Daşınmaz Əmlakın Dövlət Reyestri qapalıdır. Bunun özü biabırçılıqdır”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizminin şərtlərindən danışarkən bildirib.

Ekspert rayonlarda girov qoyub, kredit götürməyin çox ciddi məsələ olduğunu vurğulayıb:

"Banklar girovu niyə istəyir? Çünki krediti sabah sahibkar qaytara bilməsə, bank pulunu girova yönəltsin və onu çıxara bilsin. Bu başa düşüləndir, bank öz pulunu vermir, müştərilərin puludur, riskdir və üstəlik problemli kreditlər də çoxdur. Rayonlarda kreditlərin qaytarılmaması ehtimalı daha çoxdur. Buna görə də banklar girov istəyir. Girov məsələsi Bakıda olduğu kimi rayonlarda da problemdir. Ümumiyyətlə, bu daşınmaz əmlakın qeydiyyat məsələsidir. Azərbaycanda torpaq sahələri, tikililər, mənzillər, evlər, binalar və s. bunların xeyli hissəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı yoxdur. Bu üzdən həmin əmlaklar girov qoyula bilmir”.

Əkrəm Həsənov bunları qanunsuz tikili hesab edir:

“Amma xeyli ticarət müəssisələri - mehmanxanalar, kafe və restoranlar, binalar var ki, onların ərazisinin qeydiyyatı yoxdur. Qeydiyyat olmadığı üçün həmin əmlak faktiki olaraq maliyələşmə əməliyyatlarında təminat üsulu kimi iştirak edə bilmir. Azərbaycan xalqı öz torpağına, ərazisinə sahib deyil. Çünki o Daşınmaz Əmlakın Dövlət Reyestrini açıq görmür. Bütün aparıcı ölkələrdə, hətta bəzən qeyri-hüququ, qeyri-demokratik saydığımız ölkələrdə belə reyestri açıqdır. Kim istəyir internetlə girib baxır, hansı sahə, hansı ev, hansı restoran kimindir. Britaniya kimi aparıcı ölkələrdə hətta evin daxili sxemi də göstərilir. Hamısı görünür, şəffafdır. Hər şeyin qeydiyyatı olmalıdr. İstənilən binanın yanından keçəndə ona girib baxa bilməliyik ki, ora kimindir. Bəlkə orada bir qanunsuzluq edirlər. Hətta çox mənzilli binalarda qonşu-qonşunun üstünə su tökəndə belə bilmir ki, məhkəməyə kimi versin. Müəyyən edə bilmir ki, qonşusu kimdir”.

Ekspert əlavə olaraq bildirib ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinə rəhbərlik edən şəxsin dəyişdirilməsindən 5 ildən çox vaxt keçsə də, orada heç nə dəyişməyib:

“Qapalı saxlayıblar, qanunsuz tikililəri qeydiyyata almırlar. Burada əsas səbəb korrupsiya mənbəyidir. Niyə buna etmirlər? Qeydiyyatsız əmlakın mülkiyyətçisinə təsir etmək, ondan rüşvət almaq olur və s. Daşınmaz Əmlakın Dövlət Reyestri açıq olsa da, cəmiyyət dəhşətə gələr. Ətrafdakı müəssisələrin, iaşə obyektlərinin qeydiyyatı yoxdur, sənətsizdir. Bunu qəsdən etmirlər, istəmirlər ki, kimsə Azərbaycanda varlı adamların kim olduğunu bilsinlər”.

Aylin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ucuz alıb, qəpik-quruşa satırlar: Çin avtomobillərinin ucuzluğunun arxasında nə dayanır?

Qarabağ Universiteti üçün kampus TİKİLƏCƏK

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?

Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır - Necə fərqləndirək?

Bu sualda səhvlik olub- Abituriyentlərin xeyrinə hesablanacaq

"Apple" bütün "iPhone 17" modellərində "metalens" texnologiyasından istifadə edəcək

Məşhur iş adamı uğurlu karyera üçün başlanğıcda atılmalı olan iki addımı açıqladı

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM

Bayram ərəfəsində bölgə hotellərində son vəziyyət (VİDEO)

Xaricdən mobil telefon gətirmək niyə azalıb? (ARAŞDIRMA)

Bu xüsusiyyətlər səndə varsa, “Öz işinin ağası” ola bilməzsən

İllik 1 milyon 920 min manata belə kimsə bu işdə işləmək istəmir

Bu ölkə Azərbaycana 1,22 manatdan donuz piyi satıb

CEO olmaq üçün MBA təhsili almaq zəruridir?

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? - Tarix AÇIQLANDI

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? - Tarix AÇIQLANDI

Ağ şəhərdə fəaliyyət göstərən kafe biznesi satılır - QİYMƏT

Hərraca çıxarılan saatın dəyəri brilyantdadır, yoxsa sahibinin adında? - QİYMƏT

"Bu iş sənlik deyil" dedilər, o isə dünya ulduzuna çevrildi - Morgan Friman

Dünyanın ən böyük "Snickers"inin 2 ton çəkisi var

Gələcək maliyyə hədəfləri ilə gündəlik xərcləri necə balanslaşdırmalı? - SƏHƏR OXUSU

Avtobuslar nə vaxt kondisioneri işə salacaq? - Rəsmi açıqlama

I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək

BMT-dən narahatedici hesabat: Süni intellekt qadın işçiləri daha çox hədəf alır

Qurban bayramı günlərində ətin qiymətində artım gözlənilir?

Bütün "Wikipedia"nı bir saniyəyə yükləmək - Yaponlar internet sürətinə görə rekord vurdu

Özbəkistandan 2 manata alınan fıstığı İran neçəyə satır? - Qiymətlər

Bakıda Xalq şairi Rəsul Rzanın ev-muzeyi açılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin