BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
28669

Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem yaxın gələcəkdə işə düşəcək. Artıq daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir. Evini sığorta etdirməyən vətəndaşların isə cərimələnəcəyi bildirilir. Yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək.

Bəs çıxarışı olmayan mənzillərin aqibəti necə olacaq və ümumiyyətlə bu sahədə hər hansı işlər görülür?

Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov referans.az-a açıqlamasında bildirib ki, Həmin evlər qeydiyyatda olmadığına görə, qanunsuz tikili hesab olunur və sığortalanması mümkün deyil:

"Bilidiyimiz kimi hazırda sığortaya cəlb olunan yalnız çıxarışı olan mənzil və əmlaklardır. Əmlakın çıxarışı olmadığı halda təbii ki, bunun mülkiyyətinin kimin üzərində olduğu bilinmir. Bu məsələ də mübahisə predmeti olduğu üçün sığorta şirkətləri bu riskə girmək istəmir, özlərini bu məsələlərdən qoruyurlar. Buna görə də sığorta şirkətləri sadəcə çıxarışla təmin olunmuş əmlakların məsuliyyətini götürmək istəyir".

Ekspertin sözlərinə görə, sığorta mövzusunun ciddi problem yaradacağı üçün artıq qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçə biləcəyi bir layihə hazırlanır:

"Əslində sığorta məsləsinin qaldırılması çıxarışı, yəni sənədi olmayan evlərə qarşı tədbirlərin artmasına yaxşı təsir etdi. Bu məsələ geniş müzakirə mövzusuna çevriləcəyinə görə, artıq Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə idea layihəsi hazırlanır. Bu, qanunsuz tikililərin bir portaldan qeydiyyatdan keçməsi və qanuna uyğunlaşdırılması ilə bağlı bir prosesdir. Artıq bu barədə tədbirlər görülməyə başlayıb. Layihə reallaşdırıldıqdan sonra 500 mindən çox müxtəlif təyinatlı yaşayış obyektləri və fərdi evlər bu yenilikdən yararlanacaq. Bundan sonra artıq qanunsuz tikililər sənədləşdiriləcək və onların sığortaya cəlb olunmasına başlanılacaq. Birgə proyekt yekunlaşdıqdan sonra bir portal olacaq və bu portal sayəsində bütün əmlakları qeydiyyatdan keçirmək mümkün olacaq. Bu da sığorta sektorunun inkişafına çox ciddi təkan verəcək. Bununla bağlı əslində 2019-cu ildə proses başlamışdı, lakin pandemiya məsələsinin aktuallaşması ilə proses dayandırıldı. Artıq yenidən bu sahədə ciddi tədbirlər görülməyə başlayıb. Portal hazırlandığıdan sonra yerli icra hakimiyyətlərinə bildiriləcək, onlar da sənədi olmayan evdə yaşayanlara məlumat verəcək. Prosesin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin