İnşaat və əmlak
28.09.2022 / 10:59
FHN sənədsiz tikilən obyekti sökdü (FOTO/VİDEO)
24322
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.
Valyuta.az nazirliyə istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində müvafiq icazəverici sənədlər olmadan 1000 kvadratmetrə yaxın sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.
Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə tikilməkdə olan qanunsuz obyekt sökülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay