BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
21090

Mövsümdən asılı olmayaraq bəzi rayonlarda evlərin qiyməti həmişə bahalığı ilə seçilir. Paytaxtın mənzil fondunun əsas hissəsini yaşayış binaları təşkil edirsə, regionlarda bu məsələ fərdi yaşayış evlərinin xeyrinə dəyişir. Regionlar üzrə daşınmaz əmlakın qiymətləri bir qədər fərqlidir.

Parlamentin sonuncu iclasında deputat Vahid Əhmədovun Bakı-Quba yolu ilə bağlı qaldırdığı məsələ regionlarda bahalı evlər, dəbdəbəli villaları gündəmə gətirib. Parlamentari ölkədəki məmurların böyük əksəriyyətinin bölgələrdə, xüsusilə Quba, Qusar, Xaçmazda villaları, bağ evləri olduğunu açıqlamışdı.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov Modern.az-a bildirib ki, ötən ay ərzində regionlardakı daşınmaz əmlak bazarında 3,4% artım olub:

“Regionlar üzrə əmlakların qiymətləri müxtəlifdir. Evlərin 1 kvadratmetrinin qiyməti 300-1000 manat arasında dəyişir. Ucqar mərkəzlərdə 1 kvadratmetrin qiyməti 350 manatdan başlayır. Sumqayıtda 1 kvadratmetr 1000-1100 manat aralığındadır. Gəncədə evlərin 1 kvadratmetri 1000-1050 manat arasındadır, Naxçıvanda isə 1 kvadratmetrin qiyməti 950 manatdır. Quba-Qəbələ-Xaçmaz rayonlarında 1 kvadratmetrin qiyməti 600 manat civarındadır. Digər istirahət rayonlarında da evlərin 1 kvadratmetrinin qiymət 600 manatdan başlayır”.

Ekspert qeyd edib ki, region üzrə ən bahalı əmlakın hansı rayonda olması ilə bağlı araşdırma aparılmayıb:

“Bağ evlərinin qiyməti qışa nisbətən yay aylarına 8-10% baha olur. Yay aylarında ən bahalı evlər Mərdəkan, Buzovna və Bilgəh istiqamətində olur. Aylıq kirayə haqqı 5000 manatadək yüksəlir. Rayonlarda isə kirayə haqqı 250 manatdan başlayır 1000 manatadək qalxır”.

Modern.az regionlarda satışa çıxarılmış evlərin qiymətilə bağlı araşdırmanı təqdim edir:

Qubada evlərin (villalar) qiyməti 33 000 manatdan başlayır 950 000 manata qədər;

Qəbələdə dəbdəbəli ev almaq istəsəniz 46 000-900 000 manata sahib olmalısınız;

Xaçmazda villaların qiyməti 85 000-dən başlayır 1 200 000-ə kimi artır. Həyətyanı kiçik evlərinin qiyməti isə 19 000-60 000 manat aralığındadır;

İsmayıllıda həyət evlərinin qiyməti 27 000 manatdan başlayır. Ən bahalı ev isə 500 000 manata təklif olunur;

Lənkəranda kiçik sahəli həyət evlərinin qiyməti 19 000 manatdan başlayır. Satışa qoyulmuş ən bahalı villa isə 1 000 000 manatdır;

Lerikdə evlərin qiyməti minimum 33 000 manatdır. Satışa qoyulmuş ən bahalı villa 245 000 manat təşkil edir;

Göygöldə həyət evlərinin qiyməti 33 000-350 000 manat aralığında dəyişir;

Şəkidə isə satışa çıxarılmış evlərin qiyməti 30 000 manatdan 350 000-ə kimi artır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin