İnfrastruktur
19.03.2021 / 12:24
Bakının baş planı nə yerdə qaldı? - Açıqlama
9481
“Bakının Baş Planı üzrə işlər son fazadadır, sənəd üzrə razılaşmalar gedir”.
“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
"Baş Planda şəhərsalma nöqteyi-nəzərindən yeniliklər edilib, çoxmənzilli, çox mərtəbəli və orta mərtəbəli binalar olan yerlər göstəriləcək. Bu yerlər investorlara təqdim ediləcək, əgər investor ərazini götürüb, əhalini qanunvericiliyə uyğun köçürə və yaxud onlara yeni mənzillər verə biləcəksə, onda tikinti layihəsinə icazə veriləcək", - o qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay