Qırğızıstandan Azərbaycana nəqliyyat dəhliz yaradılmalıdır - TÜRKİYƏLİ NAZİR
"Ticarət, nəqliyyat və loqistika sahələrində maneələr aradan qaldırılmalıdır. Qırğızıstanda və Türkiyədə logistik mərkəzlər qurulmalı, Qırğızıstandan Azərbaycana nəqliyyat dəhliz yaradılmalıdır".
Valyuta.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında səsləndirib.
Jurnalistlərin suallarını cavablandıran Mövlud Çavuşoğlu qeyd edib ki, sonra isə Qırğızıstandan mallar Azərbaycan vasitəsi ilə rahat şəkildə Gürcüstan, Türkiyə və Avropaya göndərilə bilər.
Türkiyəli naziri təklif edib ki, bu tip layihələri reallaşdırmaq lazımdır.
Səfərin əhəmiyyəti haqqında danışan Qırğızıstanın xarixi işlər naziri Ruslan Kazakbayev, danışıqlarda ölkələr arasında ticari-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirildiyini söyləyib.
Onun sözlərinə görə, Türkiyə tərəfi Qırğızıstan-Türkiyə İnvestisiya Fondunun yaradılması təklifini irəli sürüb: "Qırğızıstan, Rusiya və Macarıstan arasında artıq belə bir fond yaradılıb və uğurla fəaliyyət göstərir. Biz Türkiyə ilə əmtəə mübadiləsini 1 milyard dollara çatdırmağı qərara almışıq".
Qırğızıstan prezidenti Sadır Japarovun Türkiyəyə rəsmi səfəri hazırlandığını diqqətə çatdıran Ruslan Kazakbayev bildirib ki, səfər müddətində 8-9 sənədin imzalanması gözlənilir. Onun fikrincə, bu səfər əlaqələrin daha da dərinləşməsinə təkan olacaq.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay