İnfrastruktur
22.02.2021 / 20:00
“Bəzən çəkdiyimiz yolu yenidən sökməli oluruq” - Saleh Məmmədov
7958
2023-cü ilə qədər Bakının qəsəbələrində yol problemi həllini tapacaq.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda brifinqdə bildirib.
“Paytaxtın qəsəbələrində qeyri-qanuni məskunlaşma nəticəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda evlər tikilib, həmin ərazilərin isə təbii ki, yolu yoxdur. Bəzən bu ərazilərə yol çəkdikdən sonra məlum olur ki, kommunikasiya xətləri çəkilməyib. Odur ki, çəkdiyimiz yolu yenidən sökməli oluruq. Bu isə işimizi ləngidir”, - deyə o, əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay