İnfrastruktur
22.02.2021 / 12:37
Bu il Bakı-Şamaxı yolunda yeni dairə istifadəyə veriləcək
7943
2020-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tıxacları aradan qaldırmaq üçün Bakıdakı “20 Yanvar dairəsi”ni yenidən qurub.
“Report” xəbər verir ki, bunu qurumun sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda brifinqdə bildirib.
“Bu işlərin tərkib hissəsi kimi “20 Yanvar dairəsi”ndə yeni piyada keçidi istifadəyə verilib. Bundan əlavə, ötən il Bakı-Sumqayıt yolu genişləndirilib. İlk dəfə bu istiqamətdə asma körpü istifadəyə verilib. Bu il isə Bakı-Şamaxı yolunda “Coca-Cola dairəsi”ni istifadəyə verəcəyik”, - o əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay