Çinin "İpək Yolu"nun bərpası üçün xərclədiyi milyardlar - "Bloomberg"
Çin Ticarət Nazirliyinin açıqlamasına əsasən, Çin şirkətlərinin xaricdə həyata keçirdiyi birbaşa investisiyalar 2024-cü ilin yanvar-noyabr dövründə 128,63 milyard dollara çatıb.
Valyuta.Az xəbər verir ki, ilin 11 ayında xarici investisiyalardan əldə olunan gəlir illik müqayisədə 3,4 faiz artıb, yeni imzalanmış investisiya müqavilələrinin dəyəri isə 11,9 faiz yüksəlib.
Bu dövrdə "Kəmər və Yol Təşəbbüsü" çərçivəsində iştirakçı ölkələrdə həyata keçirilən investisiyalar illik müqayisədə 5,1 faiz artaraq 30,17 milyard dollara çatıb. "Kəmər və Yol" investisiyalarından əldə olunan gəlir 2,5 faiz, yeni imzalanmış müqavilələrin dəyəri isə 11,8 faiz artım göstərib.
Tarixi İpək Yolu marşrutu boyunca Şərq-Qərb ticarətini yenidən canlandırmaq məqsədilə 2013-cü ildə başladılan "Kəmər və Yol Təşəbbüsü" son 10 ildə dünya əhalisinin üçdə ikisini əhatə edən coğrafiyada infrastruktur, nəqliyyat, rabitə və digər əlaqəlilik layihələri ilə Çinin xarici investisiyalarında mühüm yer tutur.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay