Redaktor
Bakıda qəzalı vəziyyətdə olan 1100 bina var
“Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə yaradılmış müvafiq Komissiya fəaliyyətə başlayıb”.
Valyuta.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, Bakı şəhərində 1100 qəza vəziyyətində olan bina var: “Ardıcıllıqla bu binalar sökülür. Vətəndaşlara yeni evlər təklif olunur. Hər halda bu proses göz qabağındadır. Bir anda 1100 evi söküb onun əvəzində yeni bina tikmək mümkün deyil. Proses çərçivəsində bu məsələlər öz həllini tapacaq və tapılır. Bakı şəhərinin yeni Baş Planı təsdiq edilib. Aparılan söküntü işləri də bu Baş Planla əlaqədardır. Hardasa yeni binalar tikilməsi nəzərdə tutulub, hardasa, park nəzərdə tutulub. Baş Plan əsas strategiyadır. Baş Plan daim inkişafdadır, əsas kimi qəbul edilib. Baş plan əsasında bu gün yeni parklar salınır, söküntülər aparılır. Bu dəfə Bakının Baş Planı çoxmərkəzlik prinsipi əsasında yaradılıb və bu gün biz bunu icra edirik”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏn gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025