BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7803
  • RUB
    1.6785
  • TRY
    0.0492
  • GBP
    2.139
59092

Xəbər verildiyi kimi, COP29 günlərində Bakının bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətlərinə məhdudiyyətlər tətbiq olunacaq.

Valyuta.az xəbər verir ki, COP29 günlərində paytaxt daxilində nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı "APA-Economics" araşdırma aparıb.

Şəhər daxilində hərəkət dəyişdiriləcək

Şəhər daxilində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək. Mərkəzdən Hava Limanı istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Nizami küçəsindən istifadə etməklə Yusif Səfərov küçəsi, İzzət Orucov küçəsi, Fəzail Bayramov küçəsindən keçməklə sola doğru hərəkət edərək 8 Noyabr prospektinə çıxıb oradan Zığ yolu ilə Hava Limanı istiqamətində gedə biləcəklər. Heydər Əliyev prospektindən əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət edənlər "Koroğlu" metro stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov küçəsi, Yavər Əliyev küçəsi və oradan da sola doğru Asif Əsədullayev küçəsindən keçməklə “Komsomol” körpüsünün altından Sabunçu-Zabrat yoluna çıxa biləcəklər. Koroğlu Rəhimov və ya Əbdüləzəl Dəmirçizadə küçəsindən mərkəz istiqamətində hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod küçəsindən istifadə etməklə Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasının arxası ilə hərəkət edib Dilarə Əliyeva küçəsinə, oradan da Rəşid Behbudov küçəsinə çıxa biləcəklər. Bilgəh kardioloji sanatoriyası tərəfdən, həmçinin Maştağa qəsəbəsi "Albalılıq" kimi tanınan ərazidən Hava Limanı istiqamətində gəlmək istəyənlər Mərdəkandan keçərək Şüvəlan istiqamətindən Qala dairəsinə, oradan da Zığ şosesinə çıxmaqla hərəkət edə biləcəklər. Hava Limanı istiqamətindən gələn sürücülər isə Zığ şosesindən 8 noyabr prospektinə keçməklə Afyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və Mehdi Mehdizadə küçəsi ilə hərəkət edəcəklər. Sabunçu rayonu istiqamətindən şəhərə istiqamətlənən sürücülər Balaxanı yolu ilə Binəqədi ərazisini keçməklə şimal istiqamətinə və mərkəzə gedə biləcəklər.

COP 29 günlərində Bakının Mətbuat, Hüseyn Cavid, İnşaatçılar, Ziya Bünyadov, Atatürk, Babək, Qara Qarayev, Tbilisi, Azərbaycan, Parlament prospektləri, Fətəli Xan Xoyski, Cəfər Cabbarlı, Abbasmirzə Şərifzadə və İstiqlaliyyət küçələri nəqliyyatın hərəkətinə tam açıq olacaq. Tbilisi prospektində yalnız Şəfaət Mehdiyev küçəsi ilə İzmir küçəsinin kəsişməsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Avtobusların hərəkət sxemi dəyişdiriləcək

COP29 günlərində Bakıda 57 marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək. Bakı metrosunun “Koroğlu” stansiyasının ətrafından "Piramida" adlanan ərazidən yalnız 163, 184 və 214 nömrəli avtobus marşrutları fəaliyyət göstərəcək. Bu marşrutlar paytaxtın Ramanı, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində sərnişindaşımanı təmin edəcəklər. Yolun əks tərəfi isə COP29 əməliyyatları üçün istifadə olunacaq. Şəhərin mərkəzi hissələrindən “Koroğlu” metro stansiyasına gələn təqribən 12-ə yaxın marşrut üzrə avtobuslar metronun "Ulduz" stansiyası istiqamətinə, qalan marşrutlar isə "Qara Qarayev" və digər metrostansiyalara doğru yönəldiləcək. COP29 tədbirinin keçiriləcəyi ilk dörd gün ərzində Bakıda 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandıralacaq. Dəyişikliklərin tərkib hissəsi olaraq artıq noyabrın 4-dən paytaxtda sərnişindaşımanı həyata keçirən 33 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdirilib. Bunlar 1, 24, 93, 163, 60, 13, 184, 197, 198, 7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8, 15, 148, 162, 166, 38, 62, 70, 184, 214 nömrəli marşrut xətləridir. 9-24 noyabr tarixlərində COP29 iştirakçıları üçün avtobuslardan istifadə ödənişsiz olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub - Prezident Fərman imzaladı

“Expressbank”ın rəhbərliyinə təyinat olub

“Expressbank”ın rəhbərliyinə təyinat olub

Yeni biznes üçün loqo necə hazırlanır?

Azərbaycan ət idxalını 40 %-ə yaxın artırıb

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5 %-ə yaxın artıb

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

"Dragon Motors Sales" gömrük qaydalarını pozdu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin