Rusiya Türkiyədə ikinci AES tikəcək? - Ərdoğandan ruslara təklif
Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyası “Rosatom” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Türkiyədə, Sinop ərazisində ikinci AES tikmək təklifi alıb.
Valyuta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev RT-yə müsahibəsində bildirib.
“Bu təklif Türkiyə prezidenti Cənab Ərdoğan tərəfindən bizə edildi. O, bu barədə Rusiya Prezidenti V.Putinlə də danışıb. Və biz hazırda Qara dənizdə yerləşən “Sinop” meydançasında Türkiyədə fəaliyyətimizin mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətləşmələr aparırıq”, - Lixaçev bildirib.
Qeyd edək ki, İyul ayında Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Bloomberg-ə müsahibəsində bildirmişdi ki, “Rosatom” dövlət korporasiyası Sinopda atom elektrik stansiyasının tikintisinə kömək etmək üçün digər ölkələrin şirkətlərindən daha uyğundur.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay