İnfrastruktur
21.10.2024 / 15:55
Bakıda avtobus dayanacaqlarında mobil platformalar quraşdırılacaq
57865
Bakıda təşkil edilən velosiped zolaqları “pop-up” tiplidir. Bu isə maksimum az investisiya və az infrastruktur işləri deməkdir.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib.
“Bu, pandemiyadan sonra Avropada geniş tətbiq edilən təcrübədir. Bu təcrübədə dayanacaqlar üçün də müəyyən həllər nəzərdə tutulur. Bu da mobil platformaların tikilməsidir. Bizdə bununla bağlı satınalma işləri gedir. Düşünürük ki, gələn il həmin dayanacaqlarda belə platformaları təşkil edək ki, insanlar avtobuslara daha rahat minə bilsinlər”.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay