Laçında nağıl kimi küçə: tramvay, kanat, qalareya...
Yaxın zamanda Laçın şəhərinin Heydər Əliyev küçəsində hotel, qalareya, iaşə obyektləri, konsert zalı, teatr və yaradıcılıq mərkəzləri layihələndirilərək tikilib başa çatdırılması və həmçinin elektrik tramvay xəttinin çəkilməsi planlaşdırılır.
Valyuta.az xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İcraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
“Heydər Əliyev küçəsi turistik zonası olaraq nəzərdə tutulduğu üçün həmin ərazidən kanat xətti şəhər üzərindən Həkəri çayı kənarı bulvara qədər çəkiləcək”, - deyə o əlavə edib.
"Laçın rayonu Qorçu kəndində inşa olunan və saatda 200 sərnişinə xidmət edəcək beynəlxalq hava limanının tikintisi bitmək üzrədir".
Tofiq İslamov bildirib ki, bu hava limanı bölgələrə gediş-gəlişi asanlaşdıracaq: "Yeni hava limanı həmçinin turizm potensialından geniş istifadə olunmasına imkan verəcək.
Azad olunmuş ərazilərin bərpası bu torpaqlara həyatın qaytarılmasının rəmzidir və Prezidentin tapşırığı əsasında biz də öz növbəmizdə quruculuq işlərini layiqincə davam etdirəcəyik".
Xatırladaq ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir.
Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay