BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
57275

Azərbaycanda su ehtiyatlarının vahid idarəetmə sisteminə tam keçidi 2027-ci ilin sonuna qədər təmin ediləcək.

Valyuta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.

Sənədə əsasən, su hövzələri və su təsərrüfatları üzrə vahid idarəetmə sisteminə keçid üçün institusional mexanizmlər hazırlanacaq. Su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolu artırılacaq, Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyətinin təkmilləşdirilməsi də nəzərdə tutulur.

Bildirilib ki, bu sistemin tətbiqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsinə səbəb olacaq. Bununla yanaşı regional idarələrin və təşkilatların strukturlarının optimallaşdırılması və yeni su idarəetmə modelinin mənimsənilməsi planlaşdırılır.

Həmçinin hidroloji və hidrogeoloji hövzələr, su təsərrüfatı kompleksləri üzrə beynəlxalq təcrübə öyrənilərək institusional idarəetmə mexanizmləri təklif olunacaq. 2028-ci ilə qədər bu sahədə yeni idarəetmə modeli əsasında bir pilot layihənin həyata keçirilməsi planlaşdırılır.

Hesabat dövründə xüsusi su infrastruktur obyektlərinin istismarı, texniki xidməti, təmir-bərpası və suyun bölgüsü üzrə yerli idarəetmə və xidmət modelinə keçid nəzərdə tutulur.

Azərbaycanda su ehtiyatlarının məhdud olması, onların mövsümi və ərazi baxımından qeyri-bərabər paylanması ilə yanaşı, həcminin davamlı azalması müşahidə olunur. İqlim dəyişikliklərinin təsiri və qonşu dövlətlərin su götürmələri nəticəsində 1980−2023-cü illərdə ölkənin su ehtiyatları 26,4 % azalaraq 26,2 milyard kubmetr olub. Transsərhəd çaylarla ölkəyə daxil olan yerüstü su ehtiyatları 35,9 % azalaraq 13,2 milyard kubmetrə, yerli çay axını 23,3 % azalaraq 4,6 milyard kubmetrə, yeraltı su ehtiyatları isə 6,7 % azalaraq 8,4 milyard kubmetrə düşüb.

Bu azalmalar Kür və Araz çaylarında, eləcə də onların qidalandırıcı qollarında daha kəskin müşahidə olunub. 2016−2020-ci illərdə Mingəçevir su anbarına daxil olan suyun orta illik sərfi saniyədə 344 kubmetrdən 192 kubmetrə (44,2 %), Mil-Muğan hidroqovşağına daxil olan suyun orta illik sərfi isə saniyədə 134 kubmetrdən 99 kubmetrə (26,1 %) qədər azalıb.

Hidrometeoroloji proseslər də su ehtiyatlarının azalmasına təsir göstərib. Temperatur artımı və buxarlanma Xəzər dənizinə axan suyun həcmini azaldıb. 2006-cı ildən etibarən Xəzər dənizində suyun səviyyəsi ildə orta hesabla 11 sm azalıb. Eyni zamanda, ölkə üzrə yağıntıların uzunmüddətli dinamikası sabit olsa da, son onillikdə cüzi azalma müşahidə olunub.

Azərbaycanda yağıntıların orta illik miqdarı 2002−2011-ci illərdəki 512,4 mm-dən, 2012−2023-cü illərdə 438,6 mm-dək azalıb. Eyni zamanda, qonşu ölkələr, o cümlədən Türkiyə, Ermənistan, Gürcüstan və İranda da yağıntıların azalması su ehtiyatlarının həm transsərhəd, həm də yerli miqyasda azalmasına səbəb olub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub - Prezident Fərman imzaladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin