“Metropoliten”də sərnişinlə qatar yolu arasında şüşə maneə niyə quraşdırılmır? - Açıqlama
Ötən gün metroda ard-arda baş verən iki bədbəxt hadisədən sonra insanların əksəriyyətinin ağlında yenə eyni suallar dövr etməyə başlayıb. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində artıq illərdir sərnişin ilə qatar yolu arasında şüşədən arakəsmələr quraşdırılıb.
Və bu maneə divarlarının qapıları qatar qapıları ilə birlikdə açılıb bağlandığına görə qatar olmadığı zamanlarda sərnişin istəsə belə, qatar yoluna “düşə” bilmir. Bəs, Azərbaycanda bu sistem niyə həyata keçirilmir?
Mövzu ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Valyuta.az-ın suallarını cavablandıran mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, bu məsələ Bakı Metropolitenində araşdırılmış mövzdudur. Mövzunun bir neçə tərkib hissəsi var:
“Birincisi, bu arakəsmələri quraşdırmaq üçün ilk növbədə möhkəmləndirmə işləri aparılmalıdır. Bu proses kənardan asan görünə bilər. Hər kəs evində hər hansı sütunu ləğv edə, istinad divarlarını sökə bilər. Amma Bakı Metropolitenində kənar müdaxilə yolverilməzdir. Bakı metrosunda bu cür maneə divarlarının olmamasına ən böyük səbəb kimi metronun sovet dövründə tikilməsini və böyük maliyyə xərclərinin vacibliyini də qeyd etmək lazımdır. Bu gün buna xərclənəcək yüz milyonlarla vəsaiti daha vacib təhlükəsizlik tədbirlərinə yönləndirmək daha məqsədə uyğun hesab olunar. Təhlükəsizlik tədbirlərinin özünün belə prioritet istiqamətləri var. Bunun ən gözə görünən forması o ola bilər ki, yeni stansiyaların tikilməsi ilə xətlərin ayrılması həyata keçirilsin. Həmçinin sərnişin axınının və həkətin tənzimlənməsi, platformanın yükgötürmə qabiliyyətinə uyğun olaraq bir sıra tədbirlərin görülməsi çox əhəmiyyətlidir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay