BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.894
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2749
56578

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi dünya üzrə "İnnovativ inşaat metodologiyası" nominasiyasında 1-ci yeri tutub.

Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, 2024-cü il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil Yolu Layihəsi Beynəlxalq Yol Federasiyası ("BYF Qlobal") tərəfindən "İnnovativ inşaat metodologiyası" kateqoriyasında qalib seçilib.

Qeyd edək ki, bu nüfuzlu mükafatın qalibi hər biri yollar və nəqliyyat sektoru ekspertləri olan müstəqil beynəlxalq münsiflər heyəti, hakimlər və "BYF Qlobal"ın könüllülər rəhbərliyi tərəfindən qiymətləndirilərək seçilib.

Bu mükafatı qazanmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müstəsna layihələri mükəmməlliyə, innovasiyaya və cəmiyyətə müsbət təsirinə görə mükafatlandırılmış təşkilatların elit qrupuna qoşulub.

Sentyabrın 26-da Bolqarıstanın Plovdiv şəhərində baş tutan mükafatlandırma mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən agentliyin İnvestisiya Baş İdarəsinin Xarici İnvestisiya şöbəsinin rəisi Emin Məmmədzadə iştirak edib.

Emin Məmmədzadə çıxışında Azərbaycanın yol infrastrukturu sahəsində əldə etdiyi uğurlar, icrası həyata keçirilmiş və davam etdirilən mühüm yol layihələri barədə geniş məlumat verib. Qeyd olunub ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.

Mükafatlandırma tədbirində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının bu il Azərbaycanda keçiriləcəyi, ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətlə fəal hazırlıq prosesində olduğu, ölkəmizin bütün müvafiq qurumlarında olduğu kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də COP29-a hazırlıqların sürətlə davam etdiyi qeyd olunub.

Tədbirdə həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun 300-dən çox şəhər və kəndi, doğma torpaqlarımızı, təxminən 30 il davam edən işğaldan azad etməsindən bəhs edilib.

Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 45 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir. Avtomobil yolu layihələrinin ümumi uzunluğu 3094,3 km təşkil edir.

Proqram çərçivəsində artıq ümumi uzunluğu 254,2 km təşkil edən 7 avtomobil yolu layihəsini uğurla icra olunaraq yekunlaşdırılıb.

Bildirilib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan yol infrastrukturu layihələrində ümumi uzunluğu 69,1 km təşkil edən olan 45 avtomobil tuneli, ümumi uzunluğu 13,4 km-ə yaxın olan 463-dən artıq körpü, viaduk və yol ötürücüsü də inşa edilir.

Mühüm yol infrastrukturu layihələrindən biri olan və İnnovativ inşaat metodologiyası nominasiyası üzrə qalib seçilmiş uzunluğu 81,7 km təşkil edən I texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda da 11 körpü, 7 tunel və 9 viaduk inşa edilib. Diqqətə çatdırılıb ki, viadukların tikintisi zamanı aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Kia" avtomobillərində ciddi təhlükəsizlik problemləri aşkar edildi

ATU ilə deputata məxsus şirkət arasında 177 min manatlıq sövdələşmə

ABŞ-da dokerlərin kütləvi tətili başladı

"Sonsuz" enerji mənbəyi tapıldı, amma... - 20 milyon il enerji istehsal edə bilər

Keçmiş işçisi ilə "Arash Medical" arasında nə baş verib

"Samsung" gələn ildən süni intellekti pullu edəcək

ABŞ-dan xəbərdarlıq: 40 aviaşirkət şübhəli hissələri olan "Boeing 737"dən istifadə edə bilər

Nazir müavini: "Zəngəzur dəhlizi təhlükəsiz tranzit marşrut rolu oynayacaq"

"160 yeni elektrik mühərrikli avtobus noyabrda istifadəyə veriləcək"

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Bankın Müşahidə Şurasının üzvlərindən biri vəzifəsindən ayrılıb

Türkiyə vətəndaşları AZAL-ı məhkəməyə verib

“Kəşbək banklar üçün xərcdir” - Əkrəm Həsənov

Özəl sektorda da maaşlar artacaq? - Açıqlama

Xaricdən ət alışına çəkdiyimiz xərc 26 milyon dollar artıb - Rəqəmlər

"Auto Azərbaycan"ın işi məhkəmədə - İdxal qaydalarını pozub

Sahələrdən 25 min ton günəbaxan yığılıb - Məhsuldarlıq artıb

XİN deputata məxsus olduğu deyilən şirkətdən 380 minlik maşın və avadanlıq alır

DTX hərbçilərinin maaşı ARTIRILDI

Azərbaycanın Rusiyadakı yeni səfiri kimdir? - DOSYE

69 500 abonent qazsız qalacaq

69 500 abonent qazsız qalacaq

Orta aylıq nominal əməkhaqqı artıb - Bu rəqəmlər nə qədər realdır?

Mərkəzi Bankın valyuta ehtiyatları 21 %-ə yaxın artıb

Azərbaycanda pul bazası 17 %-ə yaxın artıb

Sahil Babayev: "Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb"

İşçilərin məmnunluğunu artıran müasir iş rejimi - Necə tətbiq etməli?

İlham Əliyev Rusiyaya səfir təyin etdi (FOTO)

Hansı yükdaşıma şirkəti daha sərfəlidir? - Qiymətlər

İş müsahibəsində düzgün maaş istəmənin yolları

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin