"Bakının xilas planı" - QHT rəhbərindən 7 təklif
Valyuta.az xəbər verir ki, Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli, Bakı şəhərinin ekoloji fəlakətdən və tıxac zülmündən xilas olunması üçün bir sıra strateji tədbirlər təklif edib. Onun təqdim etdiyi “Bakının Xilas Planı” aşağıdakı əsas məqamlardan ibarətdir:
1. Bütün Universitetlər kampuslarla təmin olunmaqla regionlara və șəhər kənarına köçürülməlidir.
2. Neftçilər șəhərciyi yaradılmalıdır (Ələt iqtisadi zonada) və SOCAR daxil olmaqla bütün ișçılər köçürülməlidir. İnzibati binalar da daxil olmaqla.
3. Dəniz taksiləri fəaliyyətə bașlamalıdır. Eyni zamanda regionlardan Bakıya gəmilərlə sərnișindașınma iși qurulnalıdır (Astara, Neftcala, Xaçmaz, Pirallahı və.s)
4. Nazirliklər Bakıdan çıxarılmalıdır.
5. Sumqayıt-Bakı, Ələt-Bakı marșrutları üzrə metrobus sistemi qurulmalıdır.
6. Səhiyyə və təhsil müəssisələrində çalıșan bütün həkim və müəllimlərin "hər kəs evinə yaxın müəssisədə" prinsipi üzrə könüllü olaraq yerdəyișməsini təmin etmək lazımdır.
7. Qarabağa qayıdıș prosesində digər region vətəndașlarının da könüllü iștirakına imkanlar yaradılmalıdır".
QHT sədri bu tədbirlərin həyata keçirilməsi ilə Bakının ekoloji problemlərdən və tıxacdan xilas olacağını vurğulayaraq, planın sosial-iqtisadi inkişaf üçün də əhəmiyyətli olduğunu qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay