İnfrastruktur
20.09.2024 / 10:11
AYNA sürücülərdə narazılıq yaradan nişanlanma xətlərində dəyişiklik etdi
55944
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının Xətai rayonu Xocalı prospektində nişanlanmalar sürücülərdə narazılıq yaradıb. Belə ki, yolun sol xətti velosiped, sağ xətti isə avtobus üçün ayrılıb. Bu da hərəkətin intensivliyinə təsir göstərib. Bundan başqa, parklanma yerinə keçmək üçün sürücülər məcbur olub avtobus zolağına daxil olurdular ki, bu da cərimələnmələrə səbəb olurdu.
AYNA-dan Valyuta.az-a bildirilib ki, Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib. Velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb. Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay