Sumqayıt köhnə avtobuslarla vidalaşır
Azərbaycanın iri şəhərlərindən olan Sumqayıtda sərnişin daşıyan avtobusların hamısı müasir standartlara cavab vermir. Sakinlərin sözlərinə görə, şəhərdə fəaliyyət göstərən, xüsusilə mərkəzdən 10 kilometr istiqamətdə hərəkət edən avtobusların bəzisi istismar müddətini başa vurub.
Valyuta.azın məlumatına görə, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov deyib ki, bu həftə şəhərdəki bəzi avtobuslar yenisi ilə əvəzlənəcək:
“Hazırda 5 yeni avtobus gətiririk, bu avtobusları təhvil verdikdən sonra daha 5 avtobus da gətirəcəyik. Avtobusları Türkiyədən gətiririk. Hazırda xətdə avtobuslar var, şəhərin mərkəzi istiqamətində işləyən və istismara yararsız olanları yeniləri ilə əvəz edəcəyik. Yeni avtobuslar 7 və 7A saylı şəhərdaxili marşrut xətlərinə buraxılacaq. Bunlar 12 metrlik avtobuslardır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay