Kəlbəcərin İstisu qəsəbəsi belə olacaq - FOTO
Kəlbəcər rayonunun İstisu qəsəbəsinin gələcək görüntüləri yayılıb.
Valyuta.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcərə səfəri zamanı 2 sentyabr 2024-cü il tarixində təməli qoyularaq, tikintisinə başlanılmış İstisu qəsəbəsinin gələcək görüntülərini öz sosial şəbəkə hesablarında paylaşıb.
Kəlbəcər rayonunun qərb hissəsində yerləşən, ümumi sahəsi 63,1 hektar olan İstisu qəsəbəsinin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq.
Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Ümumilikdə, layihəyə əsasən, gələcəkdə burada “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina da tikiləcək.
Həmçinin, qəsəbədə bütün mühüm sosial obyektlər və lazımı infrastruktur imkanları yaradılacaq. Buraya 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, idman-sağlamlıq və klub-icma mərkəzi, tibb məntəqəsi və idman meydançası daxildir.
İstisu qəsəbəsi müasir standartlara əsasında inkişaf edərək mühüm rayon mərkəzlərindən birinə çevriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay