“Azərbaycanda belə bir ərazinin olması dünya üçün çox maraqlıdır”
“Turizmin inkişafını sürətləndirmək üçün azad olunmuş ərazilərin təhlükəsizliyini dünyaya tanıtmaq, buraya çoxsaylı investisiya cəlb etmək və bu investisiyaları dünyaya göstərməliyik. İnsanların da bu ərazilərə turist kimi, daimi yaşamaq üçün, təhsil üçün gəldiklərini əyani şəkildə göstərmək lazımdır”.
Bunu Valyuta.az-a Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı-ekspert Murad Calalov deyib.
Ekspert bildirib ki, bu ərazilərdə birinci növbədə yerli əhalinin bu ərazilərə investisiya yatırmaları üçün şərait yaradılmalıdır: “Ən əsası insanların burada yaşadığını dünyaya göstərmək lazımdır ki, ərazi təhlükəsizdir və buranın gözəl gələcəyi baxımından investisiyalar olunur. Yəni, iş adamları artıq bura çəkinmədən investisiya edirlər və bu buraların gələcəyinin gözəlliyinin göstəricisidir. Və buraya investisiya axınını dünyaya göstərmək lazımdır”.
M.Calalovun sözlərinə görə, dünyada belə bir ərazinin olması dünya üçün çox maraqlıdır. Sadəcə olaraq buraya turist axınını təşkil etmək lazımdır:
“Buraya turist cəlb etmək üçün müəyyən üsullardan istifadə etmək olar. Bu addımlardan biri də Avropada məşhur olan tur şirkətlərinə bu məlumatların ötürülməsi və Qarabağ bölgəsinə tur paketlərin təşkil olunmasıdır. Avropanın məşhur tur şirkətləri var ki, onlara müraciət edən insanların sayı çoxluq təşkil edir.
Həmin bu şirkətlərə bu bölgələr haqqında olan məlumatı paylamaq və buranı xarici ölkələrdə televiziyalarda, internet resurslarında göstərmək lazımdır. Burada tikiləcək evlərin hotellərin “booking.com” və “airbnb” kimi platformalarda yerləşdirmək lazımdır”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay