BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
53677

"Bakı Metropoliteni" QSC-nin Bilgəh Sağlamlıq Mərkəzinin ərazisinin bir hissənin satıldığı deyilir. 

Qaynarinfo-ya daxil olan məlumata görə, artıq ərazidə QSC-nin işçilərinin sağlamlığı üçün nəzərdə tutulan müalicəvi mərkəzlər sökülüb. Satılan ərazidə ümumilikdə iki 4 mərtəbəli bina və digər tikililərin söküldüyü deyilir. 

Halbuki sözügedən binalarda 40 ilə yaxın işçilərin müalicəsi üçün işıq, maqnit terapiyaları, impulslu və stimullaşdırıcı elektrik cərəyanı, Naftalan və parafin müalicəsi, inhalayasiyanın bütün növləri, impulsiv masaj, müalicəvi idman, ultra səs müayinəsi və su ilə müalicə məqsədi ilə istifadə olunub. 

Hazırda "Bakı Metropoliteni" QSC-nin Bilgəh Sağlamlıq Mərkəzində işçilərin müalicəsi üçün deyil, yalnız yaşayışları nəzərdə tutulur.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən Qaynarinfo-nun sorğusuna belə cavab verilib:

"İki 4 mərtəbəli binanın sökülməsi ilə bağlı Qaynarinfo-ya daxil olan məlumata cavab olaraq bildiririk ki, adıkeçən istirahət ərazisində iki deyil, bir dördmərtəbəli "Sanatoriya-profilaktoriya" korpusu sökülüb. 1980-ci ildən istismar olunan bina müasir tələblərə cavab vermədiyi üçün "Bakı Metropoliteni" QSC rəhbərliyi tərəfindən həmin binanın müayinəsinin keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutuna müraciət edilib.

QSC-nin Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi, 2 ünvanında yerləşən dördmərtəbəli "Sanatoriya-profilaktoriya" binasının instrumental-texniki müayinəsinə dair tərtib  edilib, texniki hesabata əsasən adıkeçən tikili istismara tam yararsız olaraq qiymətləndirilib və binanın söküntüsü həyata keçirilib. 

Ərazinin satılması məsələsinə gəlincə "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Bilgəh Sağlamlıq Mərkəzinin yerləşdiyi ərazi də daxil olmaqla, Bakı metropoliteni obyektlərinin yerləşdiyi bütün torpaq sahələri dövlətin mülkiyyətidir və ölkə Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti çıxış edir.

Bu məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün rəsmiləşdirmə prosedurları həyata keçirildikdən sonra "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq, Nazirlər Kabineti "Bakı Metropoliteni" QSC-nin balansında olan daşınmaz əmlakın bir qisminin balansdan silinməsinə razılıq verilməsi barədə" 12.06.2023-cü tarixli Sərəncamı ilə cəmiyyətin balansında olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi, 2 ünvanında yerləşən dördmərtəbəli "Sanatoriya-profilaktoriya” binasının  müəssisənin balansından silinməsinə razılıq verilib".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin