Cəbrayıl şəhərinə köç nə zaman başlayır?
"Növbəti ay Cəbrayıl şəhərinə köç həyata keçiriləcək".
AZƏRTAC xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov "Qarabağın davamlı inkişafı üçün gənclərin bacarıqlarının artırılması" layihəsinin yekunlarına həsr olunmuş tədbirdə deyib.
"Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına "Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı" çərçivəsində üç şəhər mərkəzi, beş qəsəbə, 24 kəndin inşası və oraya əhalinin köçürülməsi nəzərdə tutulub. 2022-2026-cı illəri əhatə edən proqramın birinci mərhələsi çərçivəsində 41 mindən çox keçmiş məcburi köçkün könüllülük prinsiplərinə əməl olunmaqla öz dədə-baba yurdlarına köçəcək.
Növbəti ay Cəbrayıl şəhərinə köç həyata keçiriləcək. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad edildiyi gündür. Bu münasibətlə keçiriləcək tədbirlərdə gəncləri görmək çox xoş olardı. Ümid edirik ki, növbəti ildə Cəbrayıl könüllüləri qrupu da fəaliyyətə başlayacaq və biz gənclərimizin işğaldan azad olunmuş ərazilərdə daha fəal daha hərəkətverici qüvvə olaraq iştirakını görəcəyik", - deyə Anar Əkbərov qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay