BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
52531

İqtisadiyyat naziri Bakıda Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşün davamı olaraq regionlarda da sahibkarlarla görüşlər keçirir.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, Bakıda Abşeron rayonu və Sumqayıt şəhərində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşün davamı olaraq iqtisadiyyat naziri Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkında bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub. Müəssisələrlə keçirilən görüşdə nazirliyin struktur bölmələrinin rəhbərləri, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, İqtisadiyyat Nazirliyinin Harvard Universiteti ilə tədqiqat layihəsi üzrə əməkdaşlığı çərçivəsində ölkəmizdə səfərdə olan Harvard Kennedi Məktəbinin professoru Xuan Ximenez və Harvard Beynəlxalq İnkişaf Mərkəzinin Laboratoriyasının tədqiqatçıları da iştirak edib.

Aqroparkın rezidenti ISFA MMC tərəfindən 20 ha ərazidə meyvə bağının qurulması ilə bağlı görülən işlər barəsində məlumat verilib. Layihəyə 310 min manat investisiya qoyulub, 480 ton məhsul istehsalı gözlənilir. Bundan əlavə, rezidentə məxsus 6 ha sahədə tingçilik təsərrüfatı yaradılıb. Layihə çərçivəsində 1,1 milyon manat investisiya qoyulub, ilin sonunda ixrac üçün 800 min ədəd tingin əldə olunması gözlənilir.

“Azerbaijan Company for Poultry Development” MMC-nin illik istehsal gücü 20 milyon ədəd damazlıq yumurta istehsalı layihəsi ilə tanış olunub. Layihənin reallaşdırılması ilə 27,1 milyon manat investisiyanın qoyulması və 32 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub. Aqroparkda dövlət tərəfindən 815 ha ərazinin su və elektrik təchizatı tam təmin olunub, təsərrüfatdaxili yollar çəkilib, 370 ha sahədə infrastrukturun qurulması üzrə işlər davam etdirilir.

Aqropark üzrə 1939 ha sahədə 33 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən ümumilikdə 52 milyon manatadək özəl investisiyanın yatırılması ilə 305 nəfər üçün daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək rezidentlər tərəfindən 29 milyon manat investisiya qoyulmaqla 92 daimi, 190 mövsümi iş yeri açılıb. 19 rezident tərəfindən 991 ha ərazidə əkin işləri aparılıb, 409 ha sahədə meyvə bağları salınıb.

Yevlax Pilot Aqroparkına baxış çərçivəsində Harvard Universitetinin eksperləri ilə ölkəmizdə yaradılmış sənaye parklarının potensialı, alternativ enerji ilə bağlı layihələr və eko parkların yaradılması imkanları müzakirə olunub. Ekspertlər ölkəmizə səfər çərçivəsində yaradılmış sənaye parklarının fəaliyyəti ilə də tanış olacaqlar.

Sahibkar və ixracatçılarla dialoqun davamı olaraq Gəncə və ətraf regionların sahibkarları ilə də görüş keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin