“QR bilet sistemi Bakıkart alışına əhəmiyyətli dərəcədə təsir edir”
Bakı Metopolitenində QR biletdən istifadə edənlərin sayı çoxalıb. Bu, insanları əlavə kart daşımaqdan xilas edir. Onlar kart olmadan QR biletlərlə gediş haqqını ödəyə bilirlər. QR biletlərdən istifadə edən sərnişinlərin sayının çoxalması Bakıkartdan istifadə edənlərin də sayına təsir göstərir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, QR biletlər rəqəmsal texnologiyalara gediş haqqı sisteminin transformasiyasının da başlanğıcı idi. Bunun bundan sonra da davamı olacaq:
“Müasir dünyada ən qabaqcıl sistem hesab olunan və rəqəmsallaşmanın zirvəsində dayanan NFC sisteminin tətbiqi, yəni bank kartlarının və onun elektron formasının tətbiqinə də keçiriləcək”.
B.Məmmədov bildirdi ki, bu sistem kart alışına əhəmiyyətli dərəcədə təsir etməyə başlayıb:
“Çünki, QR bilet sisteminə sərnişin etimadı əhəmiyyətli dərəcədə artıb. Baxmayaraq ki, yay aylarında sərnişin sayı azalır, amma QR biletdən istifadə edənlərin sayı artır. Ümumiyyətlə, nağdsız ödənişlərə keçid həyatımızın bütün sahələrində əhəmiyyətli dərəcədə hiss olunur. Bakı Metropolitenində də gediş haqqının bu sistemlərə keçməsi və sərnişinlərimizin də bu sistemə etimad edərək üstünlük verməsi əhəmiyyətli dərəcədə artımını da gözləyirik. Ən vacib məqəmlardan biri də odur ki, QR bilet sisteminin başlanğıcı ilə bu sistemə etimadın kökündə doğru yanaşma, sistemin doğru tətbiqi dayanır. Ötən dövr ərzində bu prosesdə problem olmadığı üçün (sərnişinin gediş haqqını yükləməsi, ödəməsi, qalıq balansı görməsi) insanlar bu sistemə üstünlük verirlər”
.
“Hal-hazırda QR sisteminin mobil tətbiqlər və bank alətləri üzərindən inkişaf etdirilməsinə çalışırıq. Bu istiqamətdə də kifayət qədər də uğurlar var” – o, əlavə edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay