Taleh Ziyadov: "Bakı limanının ərazisində Xəzər dənizində tədqiqatların aparılması üzrə mərkəz yaradılacaq"
Xəzər dənizi dünyanın ən az tədqiq edilən məkanlarından biridir.
Valyuta.az xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov COP29 ərəfəsində iqlim davamlılığı və Xəzər dənizi üçün elm və biznesin sinerjisinə həsr olunmuş “Caspian Blue Horizons” tədbirində deyib.
Onun sözlərinə görə, Xəzər hövzəsinin son tədqiqatları 1970-ci illərdə aparılıb:
“Son dövrlərdə bəzi araşdırmalar edilib, lakin bu da çox azdır. İqlim dəyişikliyi bu region üçün çox aktualdır. Bu məsələdə əməkdaşlıq etmək, beynəlxalq sərmayələri, həmçinin akademik və elmi ictimaiyyətin nümayəndələrini bu regiona cəlb etmək çox vacibdir. Çünki elm ictimaiyyəti üçün az işlənən istənilən sahə həyəcan yaradır”.
T. Ziyadov qeyd edib ki, Xəzər dənizinin su səviyyəsinin enməsi ilə bağlı təsdiqini tapan fikirlər var: "Bəs, bu enməni dayandırmaq mümkündürmü? Keçmişdə də Xəzər dənizinin su səviyyəsinin aşağı endiyini dəfələrlə müşahidə etmişik. Ancaq bunun keçmişdə necə baş verdiyini, hazırda baş verən enmənin keçmişdəkindən nə ilə fərqləndiyini bilmək üçün elmi araşdırmaya ehtiyac var".
Bakı Limanının Baş direktoru əlavə edib ki, yaxın gələcəkdə Xəzər dənizində tədqiqatlara həsr olunmuş mərkəzin yaradılması barədə məlumat veriləcək: “Ehtimal ki, bu mərkəz Bakı limanının ərazisində fəaliyyət göstərəcək, çünki burada lazımi avadanlıqlar mövcuddur”.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay