İnfrastruktur
05.06.2024 / 14:19
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda təmir işi aparılacaq
49503
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun (M1) 46,9-cu km-də yerləşən yol-nəqliyyat hadisəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidində iyunun 6-sı saat 10:00-dan iyunun 7-si saat 11:00-dək təmir işləri aparılacaq.
Bu barədə Valyuta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Agentlik sürücülərə sözügedən hissədə hərəkətdə olarkən ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələrin tövsiyə edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay