Bakıda tıxacları azaldacaq yeni yol - Video
Bakıda tıxacları azaltmaq üçün yeni yol salınacaq.
Valyuta.az xəbər verir ki, layihəyə əsasən, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolu inşa olunacaq.
Yeni yolun tikintisində məqsəd ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsidir.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar nəcəfli "Xəzər Xəbər"ə bildirib ki, qeyd edilən birləşmənin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb ucqar hissələri arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.
Yeni yolda 3 yeraltı piyada keçidi və 4 tunel də inşa olunacaq. Layihə İdarəetmə Qrupu tərəfindən ərazidə tikinti ərazisinə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır, ilkin qiymətləndirimə işləri yerinə yetirilir.
Daha ətraflı Xəzər TV-nin süjetində.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay