Kəlbəcər şəhərinin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək
Kəlbəcər şəhərinin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək.
Valyuta.az xəbər verir ki, bu, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”da öz əksini tapıb.
Belə ki, bunun da böyük hissəsi (421 min kvadratmetr) fərdi yaşayış evlərinin, 46 min kvadratmetri isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 kvadratmetr) təmin olunması nəzərdə tutulub.
Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.
Plana əsasən, şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 kvadratmetr nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 kvadratmetr təşkil edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay