BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
47077

Bu günlərdə İran daşıyıcılarının ölkənin Xəzər dənizi sahilində əsas limanı olan Ənzəliyə qədər dəmir yolu xidmətlərinin satışına başlaması ilə bağlı çox maraqlı bir xəbər yayılıb ki, bu da nəticə etibarilə Azərbaycandan keçən tranzit yüklərin həcminə əhəmiyyətli dərəcədə ziyan vura bilər.
Bəs bu xəbər nə üçün bizdə maraq oyatmalıdır?

Sfera.az bununla bağlı araşdırma aparıb.

Araşdırmaya əsasən deyə bilərik ki, bunun bir sıra səbəbləri var. Məsələ bundadır ki, Ənzəli ənənəvi dəmir yolu marşrutu deyil. İran artıq uzun müddətdir ki, Rəşt-Ənzəli dəmir yolu xətti üzərində işləyir. Eyni zamanda, bir çox ekspertlər bu layihəyə şübhə ilə yanaşırdılar. Hətta elə indinin özündə də İranın dəmir yolu ekspeditorlarının təklif etdikləri marşrutun nə dərəcədə səmərəli və real olduğunu araşdırmaq lazımdır. Əgər onu şərti olaraq dəmir yolu marşrutu adlandırmaq olarsa, bu, bizi təəccübləndirməyəcək. Lakin fakt dəyişməz olaraq qalır, İranın çoxdan can atdığı tranzit xidməti işə salınıb.

Həyəcan siqnalı...

Bu, bir neçə səbəbdən Azərbaycan üçün həyəcan siqnalıdır.

Birincisi, son illərdə Ənzəli limanının rolunun kəskin şəkildə artmasının əsas səbəbi İranın Şimal-Cənub dəhlizinin məhz Mərkəzi qolunu, yəni Azərbaycanın nəqliyyat infrastrukturundan yan keçməklə Xəzər dənizindən keçən qolunu fəal şəkildə təşviq etməsidir. Təkcə bu faktın özü bizi ciddi düşünməyə vadar edir.

Optimistlər deyə bilərlər ki, Şimal-Cənub dəhlizinin Qərb qolu (Azərbaycandan keçən) inkişaf edir və məsələn, 2023-cü ildə yükdaşımaların həcmində təxminən 35% artım olub. Ancaq daha diqqətlə baxdıqda, iki alternativ qol olan Mərkəzi və Şərq qolları (müvafiq olaraq Qazaxıstan və Türkmənistandan keçən – red.) son dərəcə böyük sürətlə inkişaf edir (müvafiq olaraq 100% və 40% artım – red.). Halbuki, Qərb qolu infrastruktur cəhətdən daha çox inkişaf edib və hələ 10 il əvvəl nə Mərkəzi, nə də Şərq qolları mövcud idi.

Daha bir vacib amil isə odur ki, Rusiyanın Şimal-Cənub dəhlizi üzrə statistikasına əsasən, marşrutla (hər üç qol) 15 milyon ton yük daşınıb, eyni zamanda, Rusiyanın Azərbaycanla dəmir yolu ixracı/idxalı da marşrutla daşımaların həcmi kimi göstərilir. Bu artımın böyük hissəsinin iqtisadi əlaqələrin dayanıqlı inkişafı ilə deyil, beynəlxalq siyasi konyunktura ilə bağlı olduğunu nəzərə alsaq, aydın olur ki, bu istiqamət üzrə statistika elə də ürəkaçan deyil.

Cari həcmlər Azərbaycan dəmir yolunda o qədər də yaxşı olmayan mövcud iqtisadi vəziyyəti əsaslı şəkildə dəyişdirməyə, o cümlədən də ölkənin böyük həcmdə tranzit gəlirlərini təmin etməyə qadir deyil.

Müxtəlif hesablamalara görə, Şimal-Cənub dəhlizi hətta Ukraynada müharibədən əvvəl də on milyonlarla ton tranzit yük potensialına malik idi. Bu rəqəm mövcud beynəlxalq şəraitdə yalnız artmalı idi. Ancaq hələ ki bu baş vermir.

Buna görə də Ənzəli limanında yeni xidmətlə bağlı xəbər bizi dinamikanı Azərbaycan ərazisindən tranzitin dayanıqlı artımının xeyrinə dəyişmək üçün atıla biləcək addımlar üzərində düşünməyə vadar etməlidir. “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, 2024-cü ilin birinci rübündə Azərbaycan üzərindən tranzit yüklərin daşınma həcmi 11% artaraq təxminən 1,9 milyon ton təşkil edib.

Rəqəmlər qənaətbəxş olsa da, bu həcmi qoruyub saxlamaq nə dərəcə mümkün olacaq?

Burada həm də bu tranzit yüklərin strukturunu, xüsusən də Azərbaycan və Qazaxıstan arasında razılaşmalar çərçivəsində neft tranzitinin həcmini bilmək vacibdir. Tranzit dinamikası Azərbaycan vasitəsilə ixrac olunan Qazaxıstanın neft yükləri nəzərə alınmadan göstərilməlidir, çünki bu, bilavasitə dəmir yolunun səmərəliliyinə və tarif siyasətinin çevikliyinə aid deyil və iki ölkə arasında ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların nəticəsidir.

Hələlik bu, narahatlıq doğuran daha bir xəbərdir. Belə ki, Azərbaycan tranziti üçün heç də az əhəmiyyət kəsb etməyən digər istiqamətdə - Bakı-Tbilisi-Qars dəmir yolunda (BTQ) təmir işləri hələ də davam edir, onun modernləşdirilməsinin başlanğıcı təəssüf ki, Ukraynada müharibə başlayandan sonra tranzit həcmlərində sıçrayışın baş verdiyi dövrə təsadüf etdi.

Artıq il yarımdır ki, regionumuzdakı yük sahibləri sual verirlər: yol nə vaxt açılacaq?

Lakin onun yenidən işə salınması daim təxirə salınır. Bu yolla bağlı daha bir narahatedici məqam da var: dəmiryolçular əmin edirlər ki, təmirdən sonra bu dəmir yolu ilə ildə 5 milyon ton yük daşıya biləcəklər. Müstəqil ekspertlər isə bu rəqəmlə qətiyyən razılaşmırlar. Ancaq bu, haqqında ayrıca yazmağa dəyər başqa bir mövzudur...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin