"Parklanma qiymətləri yüksək olsa da, insanlar məcburən fərdi avtomobildən istifadə edəcəklər"
Son zamanlar parkinq qiymətləri kəskin artır. Bu kəskin qiymət artımı fərdi avtomobillərdən istifadəni azaldacaqmı?
Bu barədə Valyuta.az-a danşan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, parklanma qiymətlərinin kəskin artması avtomobildən istifadəni azaltmayacaq:
“Çünki insanları avtomobildən istifadə etməyə sövq edən amillərin ən başlıcası Bakıda ictimai nəqliyyatın vəziyyətinin bərbad olması, pis işləməsidir. Bu səbəbdən insanlar məcburdur ki, fərdi avtomobillərdən istifadə etsinlər. Parklanma qiymətləri yüksək olsa da, insanlar məcburən fərdi avtomobildən istifadə edəcəklər.
İctimai nəqliyyat yaxşı fəaliyyət göstərən zaman fərdi avtomobillərdən istifadə azala bilər. Parklanmada nə qədər də qiymət artımı olsa, ictimai nəqliyyat yaxşı fəaliyyət göstərməzsə, fərdi avtomobillərdən istifadə azalmayacaq”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay