ABŞ-yə enerji kabelləri çəkmək istəyən ölkə
Bir qrup britaniyalı sərmayədar ABŞ və Böyük Britaniya arasında elektrik enerjisinin ötürülməsi üçün transatlantik kabellərin çəkilməsi imkanını nəzərdən keçirir.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bu barədə "Telegraph" məlumat yayıb.
Nəşr vurğulayıb ki, kabellərin uzunluğu təqribən 5,6 km olacaq, onlar okeanın səthinin altında üç kilometrə qədər dərinlikdə yerləşəcək. Kabellər bir neçə atom elektrik stansiyasının hasilatına ekvivalent həcmdə elektrik enerjisi ötürəcəklər.
Nəşrin məlumatına görə, quraşdırma tamamlandıqdan sonra Böyük Britaniyanın milli şəbəkəsinə təxminən 3,6 giqavat elektrik enerjisi veriləcək ki, bu da ümumi elektrik enerjisinə tələbatın təxminən 8 %-nə uyğundur.
Nəşr vurğulayıb ki, hazırda plan ilkin hazırlıq mərhələsindədir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay